İnşa-yazı müsabiqələrinin qalibləri mükafatlandırılıb

    Mart ayının 4-də 21 Fevral-Beynəlxalq Ana Dili Gününə həsr olunmuş «Ana dilim-mənəvi varlığım» və 26 Fevral-Xocalı Faciəsinin 32-ci ildönümünə həsr olunmuş «Xocalı soyqırımı-unudulmayan tarix» adlı inşa-yazı müsabiqələrinin qalibləri məktəb rəhbərliyi tərəfindən Diplomla mükafatlandırılıblar.

    Belə ki, «Ana dilim-mənəvi varlığım» adlı inşa -yazı müsabiqəsində I yerə X sinif şagirdi İslamova Əminə, II yerə VIII sinif şagirdi Xalıqzadə İsmayıl, III yerə VII sinif şagirdi Səlimova Nuray, «Xocalı soyqırımı-unudulmayan tarix» adlı inşa-yazı müsabiqəsində I yerə VII sinif şagirdi Kazımova Xanım, II yerə VIII sinif şagirdi Xalıqzadə Solmaz, III yerə VIII sinif şagirdi Mahmudova Əfsanə layiq görülüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi