Zooloji Muzeyə ekskursiya edilib

           Mart ayının 3-də “Təbiəti qoruyanlar” layihəsi çərçivəsində məktəbin tarix müəllimi  Əhmədova Ülkər tərəfindən V “A”  sinif şagirdləri ilə Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu nəzdində fəaliyyət göstərən Zooloji Muzeyə ekskursiya təşkil olunub. Ekskursiyanın təşkil edilməsinin məqsədi şagirdlərin ekoloji maarifləndirilməsi və onlarda təbiət elmlərinə marağın artırılmasından ibarət olub.

 Məktəblilər Zooloji Muzeyin ekspozisiya fondunda nümayiş olunan Azərbaycan və dünya faunasına aid olan bəzi növlərin müqəvva, skelet, təpmə, yaş preparatdan ibarət eksponatları ilə yaxından tanış olublar. Onlara muzeyin bələdçiləri tərəfindən eksponatların ekoloji xüsusiyyətləri ilə bağlı məlumatlar verilib.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi