“Bir inciyik biz” adlı tədbir keçirilib

          Mart ayının 1-də yazın gəlişi ilə əlaqədar məktəbin  ibtidai sinif müəllimi Abbasova Ülviyyə I “B” sinif şagirdləri ilə “Bir inciyik biz” adlı tədbir keçirib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, sinfin adını daşıdığı şəhid Xammədov Əmralın anası Samirə xanım, valideynlər və şagirdlər iştirak edib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şagirdlər müxtəlif şeirlər səsləndirib, milli və xarici rəqslər oynayıb, vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər. Tədbir “Azərbaycan” mahnısının sədaları altında sona çatıb.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi