“Payız hər yarpağın çiçək olduğu ikinci bahardır” adlı maarifləndirici dərs keçirilib

Oktyabr ayının 6-da məktəbin ibtidai sinif müəllimi Hüseynova Ülviyyə tərəfindən I “B” sinif şagirdlərinin iştirakı ilə  “Payız hər yarpağın çiçək olduğu ikinci bahardır” adlı maarifləndirici dərs keçirilib. Dərsin keçirilməsinin əsas məqsədi şagirdlərə ilin fəsilləri haqqında məlumat vermək, fəsillərdə olan dəyişikliklərin fərqli və oxşar cəhətlərini müəyyən etməkdən ibarət olub.

Dərsdə müəllim ilin fəsilləri və ayları haqqında məlumat verib. O, qeyd edib ki, hal-hazırda payız fəslidir. Payız həm də meyvələrin bol olduğu mövsümdür. Bol vitamin, minerallar və faydalı maddələrlə zəngin olan meyvələr orqanizmi möhkəmlətmək, qışa hazırlamaq üçün çox vacibdir. Şagirdlər payız mövsümünün əlamətlərini və geyimlərini, meyvələrini sadalayıb, bu fəslə aid müxtəlif şeirlər səsləndiriblər. Sonra rəngli kağızlardan yarpaqlar kəsib çətirlərin üzərinə yapışdırıblar.

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi