"Ordu quruculuğu-Vətənə sevgi, dövlətə, dövlətçiliyə sədaqətin güclənməsi ilə bağlı” dəyirmi masa keçirildi

            Vətənpərvərlik insanın öz Vətəninə sevgi və sədaqətindən, doğma Vətənin siyasi, iqtisadi və mədəni tərəqqisi naminə çalışmaqdan və onun müdafiəsinə hər an hazır olmaqdan ibarətdir. Doğma yurda sədaqət həm də mövcud çətinliklərdən qorxmayıb vətəndaşlıq mətanəti göstərmək deməkdir. 

            Mövzu ilə əlaqədar olaraq 25 aprel 2019-cu il tarixində tərbiyə işləri üzrə direktor müavini, məktəbin hərbi rəhbəri, tarix müəllimi və VIII-X sinif şagirdlərinin iştirakı ilə "Ordu quruculuğu-Vətənə sevgi, dövlətə, dövlətçiliyə sədaqətin güclənməsi ilə bağlı” dəyirmi masa təşkil olundu.

            Tədbiri giriş sözü ilə tarix müəllimi Vüsalə Alyarova açdı. O, qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır" inamı ilə ordu quruculuğunun bütün parametrlərinin genişləndirilməsini, bu parametrlərin vəhdətini təmin etdi. Ordumuz qısa müddətdə nizami ordu kimi formalaşmağa başladı.

            VIII sinif şagirdi Həsənli Amin çıxış edərək ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Horadiz əməliyyatı (1994), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin komandanlığı altında aprel döyüşləri (2016) xalqın qələbəyə inamını, ordu ilə xalqın birliyini, əsgər və zabitlərin döyüş əzmini təsdiqlədi və artırdı. Həmçinin tarix müəllimi Azərbaycanda ordu quruculuğunun ulu öndər Heydər Əliyevin adı ilə əlaqələndirildiyini, bu şərəfli işin möhtərəm Prezidentimizin İlham Əliyevin layiqincə davam etdirdiyini qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi