“Beynəlxalq Mədəniyyət Günü”nə həsr olunmuş tədbir keçirildi

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi şərəfli ada layiq görüldükdən sonra ölkəmizin bu qurumla əlaqələri yeni tarixi mərhələyə daxil olmuş, xalqımıza məxsus qədim əsərlərin irs səviyyəsində qorunub saxlanması sahəsində ciddi addımlar atılmışdır.

20 aprel 2019-cu il tarixdə Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində  “Beynəlxalq Mədəniyyət Günü”nə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Türkiyə və İran səfirliklərinin, o cümlədən Bakı Şəhər Mədəniyyət Baş idarəsinin  təmsilçiləri, Rus İcmasının üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbirdə YUNESCO-nun qeyri-maddi dəyərlər siyahısına daxil olan Dolma, Lavaş sərgisi nümayış olunmuşdur. Tədbirdə 231 nömrəli tam orta məktəb müxtəlif çeşiddə hazırlanan dolma sərgiləmiş və münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək  fəxri fərmanla təltif edilib.  

Tədbir konsert proqramı ilə davam etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi