“Milli-mənəvi, dini dəyərlərimizin qorunması və yeniyetmələrin psixoloji cəhətdən buna hazırlanması” mövzusunda tədbir keçirilmişdir.

18 aprel 2019-cu il tarixdə “Milli-mənəvi, dini dəyərlərimizin qorunması və yeniyetmələrin  psixoloji cəhətdən buna hazırlanması” mövzusunda maarifləndirici ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar, müəllimlər və gənclər iştirak edirdilər.

Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Azad Namazov, şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov, 186 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına diqqət və qayğısından danışdılar.

231 nömrəli tam orta məktəbin psixoloqu Kübra Əliyeva valideynlərlə, uşaqlarla maarifləndirici işin aparılmasının vacibliyi haqqında çıxış edərək müəllim-valideyn, müəllim-şagird, valideyn-şagird münasibətlərinin düzgün tənzimlənməsinın vacib şərtlərdən biri olduğunu vurğulayıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi