Ölkəmizdə aparılan sosial-iqtisadi, o cümlədən təhsil sahəsində həyata keçirilən quruculuq işləri barədə şagirdlərimiz maarifləndirilirlər
Ölkəmizdə təhsil səviyyəsinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülüb və böyük irəliləyişlər əldə edilib. Bütün regional məsələlərdə fəal iştirak edən Azərbaycan regional sabitlik və inkişaf amilinə çevrilib. İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu həm ölkəmizi gücləndirir, həm də regionda gedən proseslərə çox müsbət təsir göstərməkdədir.
Uşaq və yeniyetmələrdə ölkəmizdə baş verən ictimai-siyasi və sosial hadisələrə, qazanılan nailiyyətlərə obyektiv münasibətin yaradılması məqsədilə 16 aprel 2019-cu il tarixində tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərovanın və ibtidai sinif müəllimi Məhbubə Cəfərovanın təşəbbüsü ilə II sinif şagirdləri ilə sinif saatı keçirildi. Sinif saatı Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Himn səsləndikdən sonra video çarx nümayiş olundu. Daha sonra sinif rəhbəri ölkə başçısının təhsilə göstərdiyi diqqət və qayğısının ən yüksək səviyyədə olduğunu şagirdlərin nəzərinə çatdırdı. Qeyd olundu ki, həyata keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmışdır. Bütün bunlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcəkdir. Çünki qazanılan bütün nailiyyətlər məhz ulu öndər Heydər Əliyev ideyalarından güc alır.