Riyaziyyat fənn aylığına həsr edilmiş nümunəvi dərs

Aprel ayında N.S.Teymurov adına 231 nömrəli məktəbin fəaliyyət olanına əsasən riyaziyyat fənn aylığıdı. Bununla əlaqədar olaraq məktəbdə riyaziyyat müəllimləri nümunəvi dərslər təşkil edirlər. 14 aprel 2025-ci il tarixində Aliyə Kərimova VI sinif şagirdləri ilə "Qonşu və qarşılıqlı bucaqlar" mövzusunda dərs keçdi. Mövzu ilə bağlı olaraq şagirdlər qruplara bölündü və mövzu ətrafında fikir mübadiləsi aparıldı. Dərs boyu şagirdlər fəallıq göstərərək, verilən sualları tez cavablandırmağa çalışırdılar. Müəllim təlimin fərdi yanaşma prinsipinə uyğun olaraq hər şagirdə bölmə üzrə mövzulara aid tapşırıqlar vermişdir. Dərsin sonunda müəllim şagirdlərin fəallıq dərəcəsinə və dərsə aid müvafiq standartların reallaşması tələbinə uyğun olaraq qiymətləndirmə apardı.