"Şahin" hərbi-idman oyunlarının rayon birincisi

Ölkənin ümumi təhsil müəssisələrinin X və XI sinif şagirdlərinin iştirakı ilə keçirilən hərbiidman oyunları şagirdlərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunması, şanlı Zəfər tarixinin təbliğ edilməsi məqsədilə təşkil edilir. 10 aprel 2025-ci il tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə Gənclər və İdman Sektorunun təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyunlarının rayon birinciliyi keçirilmişdir. Yarışda iştirak edən N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbin məktəbliləri birinci yeri tutaraq Bakı şəhəri üzrə keçiriləcək “Şahin” hərbi-idman oyunlarının zona mərhələsinə vəsiqə qazanıblar. Məktəb rəhbərliyi adından şagirdlərimizi təbrik edir, onlara növbəti mərhələdə uğurlar arzu edirik!