Mənəvi dəyərlərə söykənən münasibətlər mədəniyyəti

Ulu öndər Heydər Əliyev demişdir: Biz öz milli dəyərlərimizlə fəxr etməliyik. Bizim milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz. Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir.
Qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.
11 aprel 2025-ci il tarixində "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Ağayeva X sinif şagirdləri ilə "Mənəvi dəyərlərə söykənən münasibətlər mədəniyyəti" adlı maarifləndirici söhbət apardi, davranış və ünsiyyət mədəniyyəti, şagirdlərin maarifləndirilməsi üçün insan münasibətlərində etibar, hörmət, empatiya və əməkdaşlıq kimi fundamental dəyərlərdən danışdı.