Azərbaycan tarixinə səyahət

26 may 2018-ci il tarixində məktəbimizdə 5ç sinif şagirdləri sinif rəhbərləri Nərgiz Məmmədovanın rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Azərbaycan tarixinə səyahət” adlı tədbir keçirdilər.

Tədbirdə Azərbaycanın eramızdan əvvəlki tarixindən bu günə qədər olan tarixi haqqında məlumat verildi, şeirlər söylənildi, mahnılar ifa edildi və “Tomris” poeması tamaşaya qoyuldu. Söylənilən şeirlərin, ifa edilən “İntiqamçün coşur qanım” mahnısının sözləri və “Tomris” poemasının müəllifi məktəbimizin tarix müəllimi Nərgiz Məmmədovanındır.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin müavini Gülnaz xanım İsrafilova, Bakı Şəhər Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin müdiri Samirə xanım Bekdaşi, BŞTİ-nin Məktəbdənkənar Fəaliyyətinin Təşkili sektorunun nümayəndəsi Rövşən Əliyev, 8 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin müdiri Təranə xanım, Milli Qəhrəman Yuri Kovalyovun qardaşı Vitali Kovalyov və qızı Regina Kovalyova, Nizami rayonu 109, 238, Bakıxanov rayonu 94 nömrəli məktəblərin müəllimləri, ARB-“Günəş” kanalı, valideynlər və digər qonaqlar iştirak etdilər.

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi