İqlim həlləri və innovasiyalara yönəlmiş praktiki seminar keçirilib

“Birləşmiş Millətlər təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkil edilməsi ilə bağlı 2024-cü il üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”nın icrası məqsədi ilə iqlim həlləri və innovasiyalara yönəlmiş praktiki seminar keçirilib. Seminarda qeyd edilib ki, iqlim dəyişikliyi artıq bütün dövlətlər qarşısında danılmaz reallıq kimi dayanır. Mineral yanacaq növlərindən istifadənin geniş yayılması və bunun nəticəsində atmosferə atılan istixana qazlarının artması dünyada temperaturun yüksəlməsinə səbəb olur. Temperaturun artması qlobal istiləşməyə - hava şəraitinin kəskin dəyişməsinə gətirib çıxarır. Nəticədə ekstremal hava hadisələri və təbii fəlakətlər daha tez-tez baş verir. Meşə yanğınları, sel, tufan, torpaq sürüşmələri, quraqlıq kimi hadisələr çoxalır. Sürətlə dəyişən iqlim insanlar üçün sağlamlıq problemləri yaradır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi