“Yaşıl dünya naminə həmrəylik ili” layihəsi əsasında təşkilat saatı keçirilib

“Yaşıl dünya naminə həmrəylik ili” layihəsi əsasında məktəbin 4c sinif şagirdləri müəllimləri Bəsti Mansurovanın təşkilatçılığı ilə təşkilat saatı keçiriblər. Təşkilat saatında qeyd edilib ki, yaşadığımız dünya, bizi əhatə edən maddi aləm son dərəcə gözəl, zəngin və rəngarəngdir. Bu ətraf aləm təbiət adlanır. Təbiət bizim hamımızın anasıdır. Ona görə də biz insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı, planetimizin bitki örtüyünü - onun florasını və canlılar aləmini - onun faunasını qorumalıyıq.

Həmçinin təşkilat saatında siniflərində göz oxşayan dibçəklərin həyatımızdakı rolundan və onlara necə qulluq etmək lazım olduğundan danışılıb. Daha sonra isə şagirdlər əldə etdikləri məlumatlar əsasında dibçəklərə qulluq ediblər. Eyni zamanda bəzi şagirdlər isə layihə əsasında rəsmlər çəkib, təqdim ediblər.

Belə tədbirlərin keçirilməsində məqsəd şagirdlərin ekoloji dünyagörüşünün, təbiətə münasibətdə əxlaqi yanaşma mövqeyinin, təbii sərvətlərin öyrənilməsi vasitəsilə idraki səriştələrinin formalaşmasına, şagirdlərdə təbiətə sevgini gücləndirmək, yaşıllıqların artırılması, ətraf mühitin qorunması, ekoloji tarazlığın bərpasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək, təbiətə töhfə verməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi