2 Aprel Beynəlxalq Uşaq Kitabı Günü

Məktəbin kitabxanasında kitabxana müdiri Aynur Xəlilova, kitabxanaçı İradə Ağayeva və tarix müəllimi İlqar Əliyevin təşkilatçılığı ilə 5ç sinif şagirdləri ilə 2 Aprel Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar olaraq dəyirmi masa keçirilib. İlk öncə bu günün tarixindən şagirdlərə ətraflı məlumat verilib. Qeyd edilib ki, uşaq ədəbiyyatı gününün məhz bu tarixə təsadüf etməsinin maraqlı tarixçəsi var. Məşhur nağılçı Hans Xristian Andersen 1805-ci il aprelin 2-də anadan olub. Beynəlxalq Uşaq Kitab Gününün məhz bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif edib. 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən Danimarka yazıçısı Hans Xristian Andersenin dünyaya gəldiyi gün – aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilib. Bu əlamətdar günün qeyd olunmasında məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə cəlb etməkdir. Ümumiyyətlə, uşaq kitablarının tarixi 1477-ci ildən antik yunan müəllifi Ezopun mahnılarının yazılı kitab şəklində çap edilməsi ilə başlayır. Həmçinin qeyd edilib ki, uşaqların tərbiyəsində kitablar xüsusi yer tutur. Kitab onları zəngin mənəvi zövqə malik bir insan kimi tərbiyə edir, öz xalqının mübarizələrlə zəngin tarixi keçmişinə dərindən bələd olmasına imkan verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi