Təşkilat saatı keçirilib

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı təsdiqlənmiş Tədbirlər Planına əsasən məktəbdə bir sıra tədbirlər həyata keçirilib. Layihə əsasında məktəbin 7c sinif şagirdləri müəllimləri Günel Əsgərovanın təşkilatçılığı ilə təşkilat saatı keçiriblər. Təşkilat saatında qeyd edilib ki, yaşadığımız dünya, bizi əhatə edən maddi aləm son dərəcə gözəl, zəngin və rəngarəngdir. Bu ətraf aləm təbiət adlanır. Əslində biz özümüz də bu təbiətin bir zərrəsiyik. Təbiət bizim hamımızın anasıdır. Biz zəngin və füsunkar bitkilər aləminin, vəhşi heyvanlardan tutmuş ən xırda həşəratlara qədər saysız-hesabsız canlıların əhatəsindəyik. Əslində Yer kürəsi adlandırdığımız planetin məzmunu da elə ən şüurlu və ən ali varlıqlar olan biz insanlarla bizi əhatə edən təbiətin harmoniyasındadır. Dünyamızın sabahı və gələcəyi bu vəhdətdən və bu vəhdətin əzəli və əbədi tarazlığından asılıdır. Bu harmoniyanın, bu tarazlığın pozulması dünyanı fəlakətə sürükləyə bilər, bütün bəşəriyyəti, dünyanı məhv edə bilər. Ona görə də biz insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı, planetimizin bitki örtüyünü - onun florasını və canlılar aləmini - onun faunasını qorumalıyıq.

Həmçinin təşkilat saatında siniflərində göz oxşayan dibçəklərin həyatımızdakı rolundan və onlara necə qulluq etmək lazım olduğundan danışılıb. Daha sonra isə şagirdlər əldə etdikləri məlumatlar əsasında dibçəklərə qulluq ediblər.

Belə tədbirlərin keçirilməsində məqsəd şagirdlərin ekoloji dünyagörüşünün, təbiətə münasibətdə əxlaqi yanaşma mövqeyinin, təbii sərvətlərin öyrənilməsi vasitəsilə idraki səriştələrinin formalaşmasına, öyrənmə və tədqiqatçılıq bacarıqlarının yeni formalarının hazırlanmasına, məktəblilərin ekoloji hərəkata, ekoloji yönümlü fəaliyyətə cəlb edilməsinə, bilik axtarışının müxtəlif forma və metodlarını, praktiki bacarıqları, təşkilatçılıq qabiliyyətlərini mənimsəmələrini stimullaşdırmaqdan, şagirdlərdə təbiətə sevgini gücləndirmək, yaşıllıqların artırılması, ətraf mühitin qorunması, ekoloji tarazlığın bərpasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək, təbiətə töhfə verməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi