Lütfi Zadə Məntiq Olimpiadasında və Məktəblilərarası Fənn Müsabiqələrində uğur qazanmış şagirdlərlə görüş keçirilib

Məktəb rəhbərliyi tərəfindən Lütfi Zadə Məntiq Olimpiadasında və Bakı şəhəri üzrə Məktəblilərarası Fənn Müsabiqələrində uğur qazanmış şagirdlərlə görüş keçirilib. Görüşün keçirilməsində məqsəd qazanılmış nailiyyətlərin alqışlanması və gələcək yarışlarda uğur əldə etmək üçün şagirdlərə tövsiyyələrin verilməsi olub. Belə ki, məktəbin direktoru Vüsalə Məmmədova çıxışı zamanı şagirdləri əldə etdikləri uğura görə təbrik edib və onların həmişə öndə olacaqlarına inandığını bildirib. Qeyd edilib ki, məktəb əlaçıları, məktəbin içtimai işlərində daim fəallıq göstərən bu şagirdlər bu gün məktəbimizin, sabah isə vətənimizin fəxrləri olacaqlar. Görüş zamanı həmçinin şagirdlərə müəllimlər tərəfindən tövsiyələr verilib və uğurlar arzulanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi