Dəyirmi masa keçirilib

Məktəbin kitabxanasında kitabxana müdiri Aynur Xəlilova və kitabxanaçı İradə Ağayevanın təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq dəyirmi masa keçirilib. İlk öncə soyqırım qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra dəyirmi masada iştirak edən məktəbin tarix müəllimi Güləbatın Sadıqova bildirib ki, Ulu öndər Heydər Əliyevin imzaladığı sərəncama əsasən 1998-ci ildən bəri bu tarix 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Zaman-zaman erməni təcavüzkarları Azərbaycan torpaqlarını işğal etmək məqsədi ilə etnik təmizləmə, deportasiya siyasəti həyata keçirmiş, insanlığa sığmayan vəhşiliklər törətmişlər. XX əsrin əvvəllərində baş vermiş dəhşətli soyqırımı xalqımızın tarixində qanlı səhifələrdən birini təşkil edir. Sonra Bakı, Quba, Şamaxı və digər bölgələrdə törədilmiş vəhşiliklər haqqında şagirdlərə məlumat verilib. 1918-ci ilin martında törədilmiş bu soyqırımın səbəbkarları, xalqımızın yaşadıqları və nəticəsi haqqında ətraflı danışılıb. Dəyirmi masada şagirdlər hadisə ilə bağlı fikirlərini bildirmiş, vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər və bu qanlı hadisələrin onların yaddaşından heç vaxt silinməyəcəyini vurğulayıblar.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi