“Yaşıl dəhliz” və “Yaşıl sinif” devizi altında dibçək gülləri çoxaldılıb

“Təbiəti qoruyanlar” layihəsi çərçivəsində keçirilən tədbirlər davam edir.

3C sinif şagirdləri müəllimləri Sevil Əliyevanın təşkilatçılığı ilə layihə çərçivəsində “Yaşıl dəhliz” və “Yaşıl sinif” devizi altında dəhlizdə və sinif otaqlarında dibçək gülləri çoxaldıblar. Şagirdlər bu maraqlı işin öhdəsindən böyük həvəs və maraqla gəliblər.

Qeyd edək ki, dərsin keçirilməsində məqsəd  şagirdlərdə təbiətə sevgini gücləndirmək, yaşıllıqların artırılması, ətraf mühitin qorunması, ekoloji tarazlığın bərpasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdən ibarət idi.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi