Qarabağ xanlığının tarixi paytaxtı Şuşanın işğalından 27 il ötür

    Mayın 8-də məktəbin tarix müəllimi Vüsalə Əliyeva tərəfindən Qarabağ xanlığının tarixi paytaxtı Şuşanın işğalının 27 il dönümünə həsr olunmuş dəyirmi masa təşkil olunub. Vüsalə xanım çıxış edərək Şuşanın Azərbaycan xalqı üçün tarixi və mənəvi əhəmiyyəti barədə danışıb.

    O bildirib ki, işğal nəticəsində düşmənlər tərəfindən Şuşadakı bir çox qiymətli tarixi-mədəniyyət abidələri dağıdılıb və talan edilib. Belə dağıntılara məşhur Şuşa qalası, memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, məbədgah və məscidlər, bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Eyni zamanda, Şuşanın 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu və 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriyası, turist bazası, 2 mehmanxanası, Azərbaycan Xalça Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi məhv edilib. Dağıdılan tarixi məkanlar arasında Xurşidbanu Natəvanın, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin , Xan Şuşinskinin, Sadıqcanın evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri və daha neçə-neçə digər abidələr var.

    Şagirdlər bir-bir çıxış edərək işğal altında olan Şuşa şəhəri haqqında məlumat veriblər. Daha sonra Şuşa şəhərinin tarixinə həsr olunmuş video çarxlar izləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi