Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü

    Mayın 3-də Əliheydər Kazımov adına 228 nömrəli tam orta məktəbdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar məktəbin tarix müəllimi Vüsalə Əliyeva tərəfindən tədbir təşkil olunub.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra tədbiri təlim-tərbiyə işləri üzrə direktor müavini Cəmilə Nuqrəzadə açıq elan etdi. 

    Tədbirdə müstəqil Azərbaycan dövlətçiliyinin bərqərar olması, ölkədə dinamik iqtisadi, sosial inkişafın təmin olunması, müstəqilliyin ilkin dövrlərində mürəkkəb siyasi böhranın sabitliklə əvəz olunması, Azərbaycanda demokratik-hüquqi və vətəndaş cəmiyyətinin yaradılması, regionda və beynəlxalq aləmdə ölkəmizin mövqelərinin möhkəmləndirilməsi, dünyəvi dəyərlərə inteqrasiya sahəsində Ümummilli Liderin apardığı cəsarətli siyasətin nəticələrindən bəhs edilib, bu siyasətin bu gün də uğurla və qətiyyətlə davam etdirildiyi diqqətə çatdırılıb. Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən video-film və slaydlar nümayiş etdirilib.

    Şagirdlər Ulu Öndərə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyublar. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Qaradağ rayonu üzrə kuratoru Rəhman B. və Qaradağ rayonu icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Abbas.H iştirak edib. Tədbirin sonunda qonaqlar iştirak edən şagirdlərə uğurlu çıxışlarına görə təşəkkürlərini bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi