Heydər Əliyev Mərkəzində “Oxu Günü”

        Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramovun 4 mart 2019-cu il əmrinə əsasən Heydər Əliyev Mərkəzində “Oxu günü” tədbiri keçirilib.  Təhsil Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Azərbaycan Respublikasının Gənclər Fondu və “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə həyata keçirilən tədbirdə təhsil naziri Ceyhun Bayramov, Mədəniyyət Nazirliyinin, AMEA-nın, nümayəndələri, millət vəkilləri və digər şəxslər iştirak ediblər.

        Təqdimatlarla çıxış edən ümumi təhsil müəssisələrinin şagirdləri müxtəlif dram əsərlərindən səhnələr, tamaşalar təqdim ediblər, tədbir ərzində ustad dərsləri, interaktiv yarışlar keçirilib. 

        Tədbirin hazırlanmasında daha çox zəhməti olan məktəbin Azərbaycan dili müəllimi Səadət Cavadovanın təşəbbüsü ilə Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri səhnələşdirilmişdir. Bu işdə ona məktəbin Azərbaycan dili müəllimləri Ləman Mehdiyeva və Sevinc Zeynalova köməklik göstərmişlər.

        “Oxu günü” keçirilməsində əsas məqsəd şagirdlərin bir şəxsiyyət kimi formalaşması, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişlərinin inkişafı, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunun təbliğindən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi