“Azərbaycanın təşəbbüsü və iştirakı ilə beynəlxalq miqyaslı iqtisadi layihələrin həyata keçirilməsi”
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15.01.2019 tarixli F-18 nömrəli əmri ilə təsdiq olunmuş “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planının 1.1.4. bəndinə uyğun olaraq “Azərbaycanın təşəbbüsü və iştirakı ilə beynəlxalq miqyaslı iqtisadi layihələrin həyata keçirilməsi” mövzusunda martın 18-də məktəbin tarix müəllimi Nuridə Nəcəfova seminar keçirdi. Nuridə xanım seminarda beynəlxalq miqyasda söz sahibi olan ölkəmizin iqtisadi inkişafı haqqında məruzə söylədi. Azərbaycan tarixində mühüm əhəmiyyət kəsb edən və həyata keçirilməkdə olan “Şahdəniz-2”, TANAP,TAP lahiyələrindən bəhs etdi.