"Milli mentalitetimizi şərtləndirən başlıca keyfiyyətlər”

        Biz öz milli dəyərlərimizlə fəxr etməliyik. Bizim milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz... Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir.

                                                        Ulu Öndər Heydər ƏLİYЕV

        Hər bir xalqın özünəməxsus adət və ənənələri, milli-mənəvi və dini dəyərləri vardır. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi qoruyub saxlamış və bu günümüzə qədər yaşatmışdır. Milli-mənəvi dəyərlərimiz, mədəniyyətimiz, mənəviyyatımız bizi başqa xalqlardan, millətlərdən fərqləndirir. Milli-mənəvi dəyərlər tarixən xalqın milli ruhunu, estetik duyumunu və sənətkarlıq məharətini özündə ehtiva edir. Milli-mənəvi dəyərlər adət-ənənələrlə nəsildən –nəslə ötürülən yazılmamış qayda-qanunlardır, onların mənəvi ünsürlərdən qorunması vacib amildir. Bu gün bizim vətandaş borcumuz milli-mənəvi dəyərlərimizə dogma torpagımıza, doğma ana dilimizə,mədəniyyətimizə,böyük və zəngin tariximizə,millətimizə sadiq olmaqdan və onu təbliğ etməkdən ibarətdir. 

        

Milli-mənəvi, ümumbəşəri və multikultural dəyərlərin təbliği və təşviqi, şagirdlərə milli-mənəvi dəyərlərimizə hörmət hissini aşılamaq məqsədi ilə martın 18-də məktəbimizin riyaziyyat müəllimi  Gülarə Qəhrəmanova 7”a” sinfində "Milli mentalitetimizi şərtləndirən başlıca keyfiyyətlər” mövzusuna həsr olunmuş dəyirmi masa - təqdimat keçirdi. Dərs zamanı şagirdlər öz təqdimatlarını məharətlə nümayiş etdirdilər. Gülarə xanım milli mentalitet və mənəvi dəyərlər haqqında əhatəli mühazirə söylədi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi