Fiziki tərbiyə

        Uşaqların fiziki inkişafı baxımından fiziki tərbiyə dərsinin təsiri böyükdür. Şagirdlər həvəslə idman dərslərində çeviklik qabiliyyətlərini göstərirlər. Məktəbimizin fiziki tərbiyə müəllimi Yusif Mehdiyev öz işinə çox məsuliyyətlə yanaşaraq şagirdlərdə fiziki tərbiyə dərsinə maraq oyatmışdır. Mütəmadi olaraq O, şagirdləri yarışlara aparır, siniflər arasında yarışlar təşkil edərək şagirdlərdə idman dərsinə böyük həvəs yaradır.

    Zehni əməklə məşğul olan şagirdlər demək olar ki, idman dərslərində dincəlirlər. Bu da bir növ onların sağlamığında və gümrahlığında böyük rol oynayır. Məktəbimizin idman meydançasında müxtəlif məsafələrə qaçış, futbol, volleybol, uzununa tullanma və s. oyunlar keçirilir.

    Fiziki tərbiyə dərsinin məqsədi şagirdlərdə bədən quruluşunun düzgün inkişafına və formalaşmasına kömək etmək şagirdlərdə mübarizə ruhu, dözümlülük, fiziki güc artırmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi