Zərərli vərdişlərdən qorunaq

        Cəmiyyətdə və yaxın ətrafımızda sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərə qarşı profilaktik tədbirlər görmək vacib amillərdən biridir.         

        Bəşəriyyətin qlobal problemlərinə çevrilmiş və hər bir gəncin potensial namizəd olduğu zərərli vərdişlərdən qorunmasının yolları haqqında təbliğat aparılması, gənclər arasında bu kimi zərərli vərdişlərin mənfi fəsadları haqqında məlumat vermək məqsədilə martın 5- də məktəbin psioxolqu Mehriban Quliyeva və UBTR Xalidə İbrahimovanın təşkilatçılığı ilə "Narkomaniya bəşəriyyatın bəlasıdır" mövzusunda dəyirmi masa təşkil olundu.

        Mehriban xanım çıxış edərək sağlam mühit və sağlam gələcəyin əhəmiyyətindən danışdı. 9"b" sinif şagirdlərinə mövzuya dair sənədli film nümayiş olundu və onları maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi