Riyaziyyat aylığına həsr olunmuş tədbir

        Məlum olduğu kimi fevral ayı məktəbimizdə "Riyaziyyat aylığı" elan olunmuşdu. 28 fevral tarixində məktəbin riyaziyyat müəllimi Ziyafət Zülfüqarova və Sevda Şahmirzəyevanın təşkilatçılığı ilə "Riyaziyyat aylığı" - nın son tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Himinin səsləndirilməsindən sonra açıq elan olunub. İşğal altında olan torpaqlarımız haqqında şagirdlər məlumat verdilər. Ulu öndər Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" sitatı tədbirin devizi idi.
    Şagirdlər "Elm", "Zəka", "Birlik" adı altında 3 qrupa bölünərək riyaziyyat və məntiq əhatəli suallara cavab axtardılar. Həmçinin onlar tədbirdə "Şuşanın dağları" musiqisini ifa etdilər, səhnəciklər nümayiş etdirdilər və rəqs etdilər.
    Tədbirdə məktəbin direktoru Rəşad Alcanov, Cəmilə Nuqrəzadə, məktəbin psixoloqu Mehriban Quliyeva, UBTR Xalidə İbrahimova və bəzi riyaziyyat müəllimləri iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi