Xocalı - tarixin qanlı səhifəsi
Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən məktəbin ibtidai sinif müəllimi Təhminə Məmmədova 2"d" sinfində ilk dərsi Xocalı soyqırımına həsr edib. Dərsdə Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təhminə müəllimə faciə nəticəsində öldürülən, yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikasından, soyqırımı törədənlərin vəhşiliklərindən bəhs edib və şagirdlər şeirlər səsləndirib. Daha sonra şagirdlər şəhidlərin abidəsinə ziyarət edib, qərənfillər qoyublar.