“Xocalı faciəsi XX əsrin ən dəhşətli faciəsidir”
Məktəbin fəaliyyət planına uyğun olaraq məktəbdə Xocalı faciəsinin 27 – ci ildönümü ilə bağlı olaraq “Xocalı faciəsi XX əsrin ən dəhşətli faciəsidir” mövzusunda inşa yazı müsabiqəsi keçirildi. Şagirdlər 26 fevralın sərt qış gecəsində baş verən vəhşiliklər, od vurulan evlər, qana qərq edilən torpaq, valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirilən uşaqlar haqqında inşa yazdılar.