Nümunəvi dərs
Məktəbin illik fəaliyyət planın 1.1.1.8 bəndinə uyğun olaraq riyaziyyat aylığı çərçivəsində şagirdlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə keçirilən açıq dərslər davam edir. 22 fevral tarixində məktəbin riyaziyyat və informatika müəllimi Minarə Məhərrəmova nümunəvi dərs keçdi.
6"A" sinif şagidləri informatika fənnindən "Alqoritm" bölməsi üzrə "Alqoritmin xassəsləri","Alqoritmin növləri", "Dövri alqoritmlər" mövzularını əhatə edən təqdimatlar nümayiş etdirdilər. Ev tapşırıqlarını qrup liderləri təqdim etdi. Həmçinin slaydlarda şagirdlər əyləncəli məsələləri də əks etdirmişdilər.
Dərsdinləmədə riyaziyyat və informatika metodbirləşmə rəhbəri Gülarə Qəhrəmanova iştirak etdi.