Alqoritm mövzusunda divar qəzeti
08.02.2019-cu il tarixində “Riyaziyyat aylığı” çərçivəsində məktəbimizin riyaziyyat-informatika müəllimi Xanımqız Əliyeva 5ç sinfi ilə birgə İnformatika fənnindən “Alqoritm” mövzusunda divar qəzeti hazırladı. Divar qəzetinin hazırlanmasında şagirdlər yaxından iştirak etdilər. Divar qəzetini hazırlamaqda məqsəd şagirdlərin bu bölmə haqqında məlumatlarını daha da artırmaqdır. Bu cür fəaliyyət təlimin keyfiyyətinin inkişafına təkan verir. Həmçinin şagirdlərin dünyagörüşünün inkişafına və yaradıcılıq vərdişlərinin formalaşmasına şərait yaradır.