"Kimyəvi reaksiyaların tipləri" mövzusunda nümunəvi dərs

        5 fevral tarixində məktəbin kimya müəllimi Sevda Qədirova VII "a" sinfində "Kimyəvi reaksiyaların tipləri" mövzusunda nümunəvi dərs təqdim etdi. Dərs zamanı BİBÖ, beyin həmləsi,klaster üsulundan istifadə olundu. "Birləşmə", "Parçalanma", "Mübadilə", Əvəzetmə" adlı 4 qrupa bölünən şagirdlərə tədqiqat sualları təqdim olundu. 10 dəqiqə ərzində şagirdlər məlumatları müzakirə etdilər. Dərsin sonunda şagirdlər meyarlar əsasında qiymətləndirildi.

    Dərs dinləmədə metodbirləşmə rəhbəri Rimma Hüseynova, kimya müəllimi Təranə Qəhrəmanova, biologiya müəllimi Elnarə Məhərrəmova iştirak etdilər. 

        Dərsin keçirilməsində əsas məqsəd şagirdlərə kimyəvi reaksiyaların əlamətlərini, əsas tiplərini, baş vermə səbəblərini izah etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi