“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiya

    Məktəbin illik fəaliyyət planının 1.3.7 bəndinə uyğun olaraq  şagirdlərin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə məktəbin ibtidai sinif müəllimi Esmira Zeynalovanın təşkilatçılığı ilə 3"C"  sinif şagirdləri “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda ekskursiyada olublar.  Şagirdlər həm “Tullantıdan sənətə” qalereyasında həm də açıq havadakı eksponatları izləməkdən zövq alıblar.

    Təxminən beş min il yaşı olan Qala kəndində canlı tarix mühiti şəraitində qədim memarlıq və arxeoloji abidələr, o cümlədən yaşayış binaları, kurqanlar, sərdabələr, məscidlər, hamamlar və digər maddi mədəniyyət nümunələri kompleks şəklində qorunub saxlanılır. 1988-ci ildən kəndin tarixi hissəsi dövlət tarix-etnoqrafiya qoruğu elan edilib. Heydər Əliyev Fondunun dəstəyi ilə 2008-ci ildə qoruğun ərazisində yaradılmış Arxeoloji-Etnoqrafik Muzey Kompleksi mədəni irsimizi geniş təbliğ etməyə, ölkəmizi turizm mərkəzlərindən birinə çevirməyə xidmət edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi