Gil, əhəng daşı və torpaq üzərində təcrübə
03 dekabr tarixində məktəbimizə yeni təyin olunmuş rus bölməsi üzrə coğrafiya müəllimi Firuzə Hüseynova 7”i” sinif şagirdlərinə “Xarici amillərin relyefə təsiri” mövzusunda nümunəvi dərs təqdim etdi. Dərs zamanı çökmə süxurların təyini üzrə gil, əhəng daşı və torpaq üzərində təcrübə keçirildi. Şagirdlər 3 qrupa bölündü. I qrup gilin su keçirməsini , II qrup əhəng daşının su keçirməsini, III qrup torpağın su keçirməsini təcrübədən keçirdilər. Dərsin əsas məqsədi şagirdləri çökmə süxurları ilə tanış etmək və onların su keçirmə qabiliyyətini müəyyən etmək və təcrübəni əyani olaraq onlara göstərməkdir.