Dərsi dinləmə
Məktəbin illik fəaliyyət planına uyğun olaraq məktəbimizdə qarşılıqlı dərs dinləmələr davam edir. Növbəti dəfə məktəbin ingilis dili müəllimi Rəna Yusibovanın 5"ç" sinfindəki "Seasons" adlı dərsi dinlənildi. Dərsdə şagirdlər fəsillərlə əlaqədar slaydlar izlədilər. Qruplara bölünən şagirdlər tədqiqat sualı ətrafında müzakirələr apararaq nəticəyə gəldilər. Şagirdlər dərsin sonunda bilik və bacarıqlarına görə qiymətləndirildilər. Dərs dinləmələrin keçirilməsində məqsəd tədrisin keyfiyyətinin artırılmasında rəqabətliliyin gücləndirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasıdır. Dərs dinləmədə ingilis dili müəllimləri Aynurə Pirməmmədova, Yeganə Ağayeva iştirak etdilər.