"Tikililərin müxtəlifliyi”

        Oktyabrın 25-də  4"A" sinfində sinif müəllimi  Elmira Həsənova "Tikililərin müxtəlifliyi”mövzusunda nümunəvi dərs keçdi. Şagirdlərə qədim zamanlarda insanların məşğuliyyəti ilə bağlı olan yaşayış tərzi haqqında maraqlı məlumatlar verdikdən sonra şagirdlər onların yaşadıqları evlərin -  forma, konstruksiya və obrazını təhlil etdilər, inşaatda istifadə edilən təbii materiallar haqqında sualları cavablandırdılar. Daha sonra şagirdlər evin həyətində taxıl anbarı, su quyusu, təndir, samanlıq, tövlə,toyuq hininin obrazını yaratdılar. Elmira xanım evlərin konstruksiya  və bəzəyini - əcdadlarımızdan miras qalmış bu mədəniyyət elementlərini şagirdlərin nəzərinə  çatdırdı və ən əsası isə mədəni irsimizin, ənənələrin qorunub-saxlanmasının vacib olduğunu onlara vurğuladı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi