“Nəzakətli olaq”

 

        Məktəbin illik fəaliyyət planına uyğun olaraq məktəbimizdə “İbtidai sinif aylığı” davam edir. Oktyabrın 19-da Esmira Zeynalova həyat bilgisi fənnindən “Nəzakətli olaq” mövzusunda 3 “c” sinfində açıq dərs keçdi. Fənn müəllimi dərsi 3.1.1 (Ünsiyyət zamanı nəzakət qaydalarına( müsahibinin sözünü sonadək dinləmək, sözü kəsməmək, müsahibinə təşəkkür etmək) əməl edir. ) standartına əsasən  reallaşdırdı.

        “Nəzakətli olmaq” ifadəsinin mənasını şərh edərək, nəzakətli davranışının əhəmiyyətini misallar əsasında izah etdi.  Dərs zamanı qruplara bölünən şagirdlərə tapşırıqlar verildi. Hər bir qrupun nümayəndəsi işləri təqdim etdikdən sonra şagirdlər qiymətləndirildi. Dərsin keçirilməsində əsas məqsəd ünsiyyət zamanı etiket qaydalarını şagirdlərə aşılamaqdır.       

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi