1 D sinfində açıq dərs

        Əliheydər Kazımova adına 228 nömrəli tam orta məktəbdə məktəbin illik fəaliyyət planının 1.1.1.8 bəndinə uyğun olaraq şagirdlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə keçirilən açıq dərslər davam edir. Oktyabrın 17-də ibtidai sinif müəllimi Vəfa Baxşəliyeva 1 d sinfində Azərbaycan dili fənnindən açıq dərs keçdi. Şagirdlər əvvəlcə müşahidə etdiyi əşya, hadisələr və şəkillər üzrə danışdılar və sözləri hecalarla oxudular. "İnam" , "İnkişaf" , "İradə" və " İrəli" qruplarına bölünərək verilən tapşırığı yerinə yetirdilər. Sonda şagirdlərin bacarığı təlim məqsədlərinə uyğun qiymətləndirildi. Dərsdə ibtidai sinif üzrə təlim tərbiyə işləri üzrə direktor müavini Zeynəb Vəliyeva iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi