Əşyaların müqayisəsi

Şagirdlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması məqsədilə keçirilən fənn aylıqları davam edir. Oktyabr ayının 12-də 1 i sinfində sinif müəllimi Nataliya Fabriçnova tərəfindən informatika fənnindən açıq dərs keçirildi. Qruplara bölünən şagirdlər iki əşyanı müxtəlif əlamətlərə görə müqayisə etdilər, müxtəlif əşyaları kəmiyyət əlamətlərinə görə sıraladılar. Dərsin sonunda fəal iştirak edən şagirdlər qiymətləndirildi.