Elimizə Bahar gəlir

    Novruz bayramı münasibətilə məktəbin akt zalında 14 mart 2024-cü il tarixində məktəbin ibtidai sinif müəllimi Nuranə Səlimxanova “Elimizə Bahar gəlir” adlı tədbir təşkil edib. Tədbirdə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, su, od, yel və torpaq çərşənbələrinin mahiyyəti, Novruz atributları nümayiş edilib. Şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid şeirlər səsləndirib, kosa, keçəl və bahar qızın iştirakı ilə maraqlı səhnəciklər nümayiş etdiriblər.

Tədbirlərin təşkil olunmasında məqsəd şagirdlərə Novruz bayramın tarixi barədə daha dolğun məlumatlar vermək, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinə və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına nail olmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi