Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar 2 "ç" sinfinin tədbiri

    26.12.2022-ci il tarixdə məktəbin illik fəaliyyət planına uyğun olaraq məktəbin 2 ç sinif müəllimi Sevil Səmədovanın təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibəti ilə şənlik keçirilib. Şənlikdə şagirdlər müxtəlif rəqs, mahnı və səhnəciklər ifa edib, şeirlər söyləyiblər. Tədbiri məktəbin direktoru Səkinə Rzayeva, təşkilati işlər üzrə direktor müavini Cəmilə Nuqrəzadə və valideynlər də izləyiblər. 

    Qeyd edək ki, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günün əsası 1989-cu il dekabrın sonlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) açılması zamanı qoyulub. Həmrəylik günü dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tərəfindən qeyd edilir, Azərbaycan Respublikasında isə dövlət bayramıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi