“Yer səthi” mövzusunda coğrafiya fənnindən nümunəvi dərs

Dekabrın 19 - u coğrafiya müəllimi Ülviyyə Rəhimovanın təşkilatçılığı ilə 7"c" sinfində “Yer səthi” mövzusunda coğrafiya fənnindən nümunəvi dərs keçirilib.
Müəllim yer səthi mövzusu haqqında qısa məlumat təqdim etdikdən sonra qruplara bölünən şagirdlər sual-cavabda fəal iştirak ediblər. Şagirdlər yer səthinin relyefinin müxtəlifliyi haqqında məlumat veriblər.
Dərsin keçirilməsində əsas məqsəd yer səthinin relyefinin müxtəlifliyini və orada baş verən hadisələri izah etməkdir. Dərsin sonunda şagirdlər meyarlar üzrə qiymətləndirmə cədvəlinə uyğun olaraq qiymətləndiriliblər.