Ekskursiya

    Məktəbin illik Fəaliyyət Planına uyğun olaraq məktəbin Rus dili və ədəbiyyatı müəllimi Milena Mahmudova 8 "İ" sinif şagirdləri ilə birgə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyində, Miniatür Kitab Muzeyində olublar. Ekskursiya ərzində şagirdlər Azərbaycan ədəbiyyatına, mədəniyyətinə aid materiallarla tanış olub. Daha sonra Əli Şəmsinin şəxsi emalatxanası ilə yaxından tanış olaraq heyranlıqla rəssamın sənət əsərlərini izləyiblər.

Ekskursiyanın təşkil olunmasında əsas məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında dolğun məlumatları çatdırmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi