Coğrafiya fənni üzrə bilik yarışı

22 yanvar tarixində məktəbin coğrafiya müəllimi Sevinc Hüseynova fənnini tədris etdiyi paralel siniflər arasında bilik yarışı təşkil etdi. Yarışda 7”B” və 7”Ç” sinif şagirdləri iştirak edirdilər.

  Yarış 3 mərhələ üzrə keçirildi. Müəllim şagirdlərin coğrafiya üzrə bilik və bacarıqlarını, eyni zamanda dünyagörüşlərini artıqmaq və inkişaf etdirmək məqsədilə təşkil etdiyi yarışın 1 mərhələsini şagirdlərin öz öhdəsinə buraxmışdı. Belə ki, komandalara müəllim yox, məhz izləyici qismində əyləşən şagirdlər suallar verdilər. Yarışın bu qismi komandalar arasında rəqabət gücünü daha da artırdı və coşdurdu. Yarış bir-birindən maraqlı və əyləncəli suallardan ibarət idi. Şagirdlər həm xəritə üzərində, həm də nəzəri biliklərini nümayiş etdirdilər.

  Yarışın qalibi cüzi fərqlə də olsa, 7”B” sinfinin komandası oldu. Yarışda fərqlənən və final mərhələsinə qalan hər 2 komanda, eyni zamanda qalib komanda üzvləri məktəb direktoru və fənn müəllimi tərəfindən diplomlarla mükafatlandırıldılar.

  Şagirdlər təbrik olundu və onlara gələcək bilik yarışlarında da uğurlar arzulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi