"Azərbaycanın xilaskarı"

07.05.2025-ci il tarixdə məktəb kitabxanasında tarix müəllimi Gülşən Zamanova və 7"Ç" sinif şagirdlərinin iştirakı ilə dahi şəxsiyyət Heydər Əliyevin doğum gününə həsr olunmuş "Azərbaycanın xilaskarı" adlı dəyirmi masa təşkil olundu. Şagirdlər,dahi şəxsiyyət Heydər Əliyevin həyat və yaradıcılığı haqqında geniş məlumat verdilər. Müzakirədə Heydər Əliyevin Azərbaycanın inkişafı naminə dünya miqyasında apardığı siyyasətdən danışıldı. Müəllim  Gülşən Zamanova, kitabxana müdiri Süleymanova Əsmər və kitabxanaçı Nuriyeva Vüsalə dünya şöhrətli siyasətçi Heydər Əliyevin tarix yaradan siyasətindən geniş məlumat verdilər. Sonda 7"Ç" sinif şagirdi Behbudova Səmra kamançada ulu öndərin hər zaman sevə-sevə dinlədiyi "Küçələrə su səpmişəm" xalq mahnısını ifa etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi