Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə görüş keçirildi

"Təhlükəsizlik tədbirləri" mövzusunda maarifləndirici tədbir keçirildi.

          7 may tarixində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları məktəbin qonağı oldular. FHN əməkdaşları şagirdlərə yanğınla mübarizə yollarını və hansı vasitələrdən istifadə etməyin zəruriliyini izah etdilər. Yanğının baş verdiyi əraziyə uyğun düzgün tərkibli balondan istifadənin əhəmiyyəti haqqında ətraflı danışıldı. Yanğın əleyhinə balondan istifadə qaydaları və üsulları əyani şəkildə şagirdlərin nəzərinə çatdırıldı. 

    Tədbirdə məktəb rəhbərliyi, sinif rəhbərləri, 8 və 9- cu sinif şagirdləri iştirak etdilər.Şagirdlərlə görüşə gəlib, onları yanğın əleyhinə təlimatlandırdıqlarına və əməkdaşlığa görə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına dərin təşəkkürmüzü bildiririk. Qaydaları bilmək və əməl etmək yarana biləcək təhlükələrin qarşısını alır. Qaydaları bilək, özümüzü, ətrafımızı, qoruyaq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi