"Azərbaycanın dünyada geosiyasi mövqeyi " adlı layihə əsaslı dərs keçirildi

  Məktəbin coğrafiya müəllimi Sevinc Hüseynova fənnini tədris etdiyi 10"B" sinfində "Azərbaycanın türk dünyasında və dünyada geosiyası mövqeyi" mövzusunda layihə əsaslı dərs təşkil edib. Müəllim dərs prosesində şagirdləri qruplara bölüb, mövzu geniş və əhatəli olduğundan hər qrupa ayrı tapşırıqlar verib. Şagirdlər müxtəlif resurslardan istifadə edərək, araşdırmalar aparıblar. Araşdırmalarının nəticələrini təqdimatlar şəklində sinfin nəzərinə çatdırıblar. Mövzu əsasında hazırlanmış təqdimatlar şagirdlər tərəfindən nümayiş edilib və izahlar verilib. 

   Şagirdlər mövzunu daha yaxşı mənimsəmək məqsədilə əyani vəsaitlər də hazırlayıb, təqdim ediblər. Dərsin sonunda bütün sinif ümumi mövzu haqqında bilik və bacarıqlara yiyələnib. Müəllim məqsədinə nail olub. Dərsi məktəb rəhbərliyi və fənn müəllimləri izləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi