Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı rəsm sərgisi keçirildi

1992- ci il fevralın 25-də axşam saat 23:00 radələrində 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladı. 50- dən artıq "Qrad" və "Alazan" tipli raketlərdən  və tanklardan Xocalını iki saata qədər durmadan atəşə tutaraq tələfatlar törətdilər. 366-cı alayın bütün texnikası Xocalı şəhərini uzaqdan güclü atəşə tutduqdan sonra üç istiqamətdə hücuma keçərək dinc əhaliyə divan tutdu.

    26 fevral tarixində Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar olaraq məktəbdə rəsm sərgisi keçirildi. Sərginin təşkil edilməsində məqsəd tariximizi yaşatmaq və Xocalı faciəsini unutdurmamaq idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi