Doğma dilim ölən deyil, başqa dilə dönən deyil

  21 Fevral Beynəlxalq Ana Dili Günü ilə bağlı məktəbimizdə bir sıra tədbirlər təşkil edildi. Bunlardan biri də kitabxanaçı Nuriyeva Vüsalə, kitabxana müdürü Suleymanova Əsmər və ibtidai sinif müəllimi Alıyeva Vüsalənin birlikdə təşkil etdiyi “Döğma dilim ölən deyil, başqa dilə dönən deyil”adlı tədbir oldu. Tədbir məktəbin kitabxanasında keçirildi. Tədbirdə 7-ci sinif şagirdləridə fəal iştirak etdilər. Şagirdlər Azərbaycanın görkəmli şairləri Bəxtiyar Vahabzadənin, X. R. Ulutürkün, Z. Yaqubun ana dili haqqında yazdıqları şeirləri səsləndirdilər, mahnı oxuyub, səhnəcik təqdim etdilər.Kitabxana Müdürü Suleymanova Əsmər şagirdlərə  ana dilinin gözəlliyindən danışdı və onu qorumağı tapşırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi