21 Fevran , Beynəlxalq Ana Dili Günü ilə bağlı ədəbi-bədii gecə keçirildi

1999- cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
  Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünə məxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.
   2002-ci il sentyabrın 30-da “ Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.
   21 fevral tarixində Uşaqlarla Sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini Abbasova Aynur və məktəbin dil- ədəbiyyat müəllimi Abdullayeva Rəqsanə “ Beynəlxalq Ana Dili Günü” ilə əlaqədar bədii tədbir təşkil etdi. Tədbirdə şagirdlər  ana dilinin gözəlliyini, müqəddəsliyini tərənnüm edən şerlər səsləndirib, səhnəciklər nümayiş etdilər.
   Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Ana dili haqqında çıxışları videoroliklərdə nümayiş etdirildi.
    Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi